"Lokomotiv" Azərbaycan çempionunu heyətinə qatdı
Bakının qadın voleybolçulardan ibarət "Lokomotiv" klubu daha bir oyunçunu heyətinə qatıb. İdman.com.az-ın komandanın rəsmi saytına istinadən xəbər verir ki, bu dəfə "Rabitə"nin sabiq oyunçusu Yana Əzimova "dəmiryolçular"ın sırasına qoşulub.
Karyerası ərzində yalnız "Rabitə"nin formasını geyinən 21 yaşlı toppaylayıcı "Loko"nun bu mövsüm ilk transferlərindən olan türkiyəli oyunqurucu Özgə Kırdar Çəmbərciylə əsas heyətdə çıxış etmək üçün mübarizə aparmalı olacaq.

174 sm boya malik Ukrayna əsilli oyunçunun keçidindəən sonra "Lokomotiv"in transferlərinin sayı 10-a çatıb. Qeyd edək ki, “Lokomotiv” Yanadan öncə Oksana Kiselyova, Ayşən Abduləzimova, Ülkər Kərimova (hər üçü Azərbaycan), Aleksandra Çrnıçeviç (Serbiya), Yaroslava Pencova (Slovakiya), Aneta Havliçkova (Çexiya), Kanani Danielson (ABŞ) Hana Çitura (Xorvatiya) və Özgə Kirdar Çəmbərci (Türkiyə) ilə müqavilə bağlayıb.

Xəbər 677 dəfə oxundu.