Kseniyanın komandası 1 xalla kifayətləndi
Azərbaycan milli komandasının aparıcı üzvü Kseniya Kovalenko İtaliya «A» seriyasında növbəti matça çıxıb. İdman.com.az saytının məlumatına görə, blok voleybolçumuzun şərəfini qoruduğu «Kariparma» səfərdə «Skavolini» komandası ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən qarşılaşma ev sahiblərinin çətin qələbəsi ilə yekunlaşıb – 3:2 (22:25, 30:28, 16:25, 25:16, 16:14). Həmişə olduğu kimi start heyətində meydana çıxan həmyerlimiz komandasına 10 xal qazandırıb. Bu oyunda 1 xal qazanan Parma təmsilçisi16 xalla 8-ci pillədə qərarlaşıb.

Xəbər 1898 dəfə oxundu.