Astanada cüdo üzrə dünya çempionatının ikinci günü başa çatıb
Astanada cüdo üzrə dünya çempionatının ikinci günü başa çatıb.

Çempionatın ikinci günündə kişilər 66 və qadınlar isə 52 kiloqramadək çəki dərəcələrində mübarizə aparıblar. Azərbaycanı bu yarışda Nicat Şıxəlizadə və Hidayət Heydərov təmsil ediblər.

Nicat Şıxəlizədə start görüşündə mozambikli Bruno Luzioya ipponla qalib gəlib, sonra kanadalı Antuan Buşarı məğlub edib. Lakin idmançımız səkkizdəbir finalda İtaliya təmsilçisi Elio Verdeneyə uduzub.

Digər cüdoçumuz Hidayət Heydərov isə ilk görüşündə Çin idmançısı Erçaogetu Amu üzərində ipponla qələbə qazansa da, növbəti mərhələdə almaniyalı Sebastyan Seydluya uduzub.

Cüdo üzrə dünya çempionatında 120-dən çox ölkədən 700-dən yuxarı idmançı 7 çəki dərəcəsində mübarizə aparır. Çempionatda komanda birinciliyi də keçiriləcək.

Dünya çempionatında maksimum xal toplamaqla 2016-cı il Rio-de-Janeyro Olimpiadasına vəsiqə qazanmaq olar.

Turnir avqustun 30-dək davam edəcək.

Xəbər 879 dəfə oxundu.