Kikboksinq üzrə Avropa çempionatında Azərbaycan geniş təbliğ edilir
Avqustun 25-də İspaniyanın San-Sebastyan şəhərində kadetlər və gənclər arasında kikboksinq üzrə Avropa çempionatı start götürüb.

Yarışların keçirildiyi idman arenasında Azərbaycan geniş təbliğ edilir. Belə ki, arenadakı lövhələrdə yarışın təşkil olunmasında fəal dəstək göstərən İspaniya-Azərbaycan Ticarət Assosiasiyasının (ACAE) və ölkəmizin adı geniş nümayiş olunur.

Belə təbliğat lövhələri yarışın keçirildiyi San-Sebastyan şəhərinin küçələrində də quraşdırılıb.

AZƏRTAC

Xəbər 603 dəfə oxundu.