“Kəpəz” də Antalyaya yollanır
Əvvəlcə fəaliyyətini dayandırdığını açıqlayıb, sonradan Unibank Premyer Liqasında çıxış edəcəyini elan edən “Kəpəz”in hazırlıq planı məlum olub. İdman.com.az saytı xəbər verir ki, Gəncə klubu ölkə xaricində hazırlıq keçəcək.

Belə ki, klub rəhbərliyi komandanı mövsümün qalan hissəsinə hazırlaşmaq üçün Türkiyənin Antalya şəhərinə göndərmək qərarına gəlib. “Kəpəz” yanvarın 24-də qardaş ölkəyə yola düşəgəcək. Toplanış 10 gün davam edəcək.

Xəbər 967 dəfə oxundu.