"Qarabağ"la qarşılaşacaq "Yanq Boys" Bakıya yola düşüb
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"la qarşılaşacaq "Yanq Boys" Bakıya yola düşüb.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, Bern təmsilçisi artıq Bakıya yol alıb. Klubun gecə saatlarında Bakıda olacağı gözlənilir.

Qeyd edək ki, "Qarabağ" - "Yanq Boys" matçı avqustun 27-də saat 21:00-da başlayacaq.

Xəbər 655 dəfə oxundu.