İdman Fondunun yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədi ilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxması üçün real zəmin yaratmaq zərurətini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidenti yanında İdman Fondu yaradılsın.

2. Azərbaycan Respublikası Prezidentinin fondundan müstəsna hal kimi İdman Fonduna 2 milyard manat məbləğində vəsait ayrılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, İdman Fondu Əsasnaməsinin layihəsini və idarə heyətinin tərkibi haqqında təklifləri 15 gün ərzində təqdim etsin.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 1995-ci il.

Xəbər 1294 dəfə oxundu.