AMPK-nın məşqçilər şurasının iclası keçirilib
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimovun rəhbərliyi ilə məşqçilər şurasının iclası keçirilib. Şurada 2016-cı ildə Rio de Janeyroda keçiriləcək XV Yay Paralimpiya Oyunlarına hazırlıqla bağlı baş məşqçilərin hesabatları dinlənilib. Onlar hazırlıqla bağlı keçirilən təlim-məşq toplanışları, idmançıların psixoloji durumları, beynəlxalq yarışlarda iştirak və s. haqqında geniş məlumat veriblər.

İ.Rəhimov yay paralimpiya oyunlarına idmançıların lisenziya qazanmaları və milli komandanın formalaşması sahəsində lazımi işlərin görüldüyü və uyğun şəraitin yaradıldığını qeyd etməklə yanaşı, baş məşqçilər tərəfindən qaldırılan məsələlərin və təkliflərin operativ şəkildə icrası ilə əlaqədar komitənin icra strukturuna müvafiq tapşırıqlarını verib.

İclasın sonunda cüdo üzrə sabiq baş məşqçi Əhməddin Rəcəbliyə 70 illik yubileyi münasibətilə AMPK-nin diplomu təqdim edilib.

Xəbər 633 dəfə oxundu.