Ulduz futbolçu Hindistan klubunda
"Dehli Dinamos" klubu ilə razılığa gəlib

Norveçli ulduz futbolçu Con Arne Riise karyerasını Hindistanda davam etdirəcək.

Təcrübəli sol cinah müdafiəçisi Hindistan Super Liqasında mübarizə aparan "Dehli Dinamos" klubu ilə razılığa gəlib. Bu barədə klubun rəsmi "tvitter" hesabından məlumat verilib. Riisenin yeni komandasının baş məşqçisi braziliyalı çalışdırıcı Roberto Karlosdu.

Qeyd edək ki, bir vaxtlar "Liverpul" və "Roma"nın şərəfini qoruyan 34 yaşlı futbolçunun sonuncu komandası Kiprin APOEL klubu olub.

Xəbər 821 dəfə oxundu.