Millinin oyunlarını da CBC yayımlayacaq
Millinin oyunlarını da CBC yayımlayacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də Avstriya, 8-də isə Almaniya yığması ilə qarşılaşacaq. Artıq bu görüşləri yayımlayacaq televiziya kanalının adına da aydınlıq gəlib.

Belə ki, hər iki qarşılaşmanı CBC Sport CBC televiziyası vasitəsi ilə canlı yayımlayacaq.

Qeyd edək ki, hər 2 oyun "Dalğa Arena”da, saat 20:00-da keçiriləcək.

Xəbər 821 dəfə oxundu.