Azərbaycan Tələbə Futbolu Federasiyasına yeni prezident seçilib

Yanvarın 21-də Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycan Tələbə Futbolu Federasiyasının (ATFF) növbədənkənar konfransı keçirilib.
Tədbirdə federasiyanın yeni rəhbərliyi seçilib.
Səsvermə nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi aparatı rəhbərinin müavini İlham Mərdanov federasiyanın prezidenti seçilib. Təhsil Nazirliyi aparatının rəhbəri İlham Pirməmmədov, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) sədri Nadir Əliyev və “Neftçi” Veteranlar Klubunun prezidenti Oqtay Abdullayev federasiyanın vitse-prezidentləri postunu tutublar.
Federasiyanın baş katibi Orucəli Durmuşov isə öz vəzifəsində qalıb. Eyni zamanda, qurumun 17 nəfərdən ibarət İcraiyyə Komitəsi seçilib.

Xəbər 953 dəfə oxundu.