AFFA-dan Tərlan Əhmədova cəza
AFFA AZAL-ın baş məşçqisi Tərlan Əhmədivu cəzalandırıb. Buna onun Azərbaycan Premyer Liqasının üçüncü turunda “Qarabağ”la matçın 82-ci dəqiqəsində hakimə qarşı emosional şəkildə etiraz etməsi səbəb olub.

Etdiyi hərəkətə görə hakim tərəfindən texniki zonadan kənarlaşdırılan T.Əhmədova AFFA 1 oyunluq cəza tətbiq edib. Bu isə o deməkdir ki, T.Əhmədov 4-cü turda "Kəpəz"ə qarşı görüşü tribunadan izləməli olacaq.

Qeyd edək ki, AZAL - "Qarabağ" oyunu ikincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 694 dəfə oxundu.