"Qəbələ"nin rəqibi qələbə qazandı | |
Bu gün Yunanıstan superliqasında 2015/2016 mövsümünün ilk turuna yekun vurulub. "Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Panatinaikos" ilk matçını keçirib. Afina təmsilçisi səfərdə "Panetolikos" klubu ilə qarşılaşıb. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan "Panatinaikos" ikinci hissədə iki qol vurmaqla görüşdən qalib ayrılıb - 2:1. Qeyd edək ki, "Panatinaikos" avqustun 27-də, Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində evdə "Qəbələ"ni qəbul edəcək. Bu komandalar arasında Bakıda keçirilən ilk oyunda qapılara qol vurulmayıb. 24 avqust Yunanıstan superliqası, 1-ci tur 23:30. "Panetolikos" - "Panatinaikos" - 1:2 Qollar: Kappel, 41-pen (1:0), Karelis, 51 (1:1), Berq, 84 (1:2) |
|
Xəbər 790 dəfə oxundu. |
|
|