"Yanq Boyz"un Bakıya gələcəyi tarix bəlli olub
Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Yanq Boyz"un Bakıya gələcəyi tarix bəlli olub.

"Gənc oğlanlar" bu gün axşam saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəcəklər.

Sabah qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda oyunöncəsi son məşqinə çıxacaq isveçrəlilər, bununla da, təmsilçimizə qarşı hazırlıqlarını tamamlayacaq.

Qeyd edək ki, bu komandalar arasında Berndə baş tutan ilk qarşılaşma Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. Cavab matçı isə iki gün sonra saat 21:00-da start götürəcək.

Xəbər 662 dəfə oxundu.