Yeniyetmə güləşçilərin Dünya çempionatı start götürüb
Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı start götürüb.

Çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri yarışacaq. Ölkəmizi Fail İsgəndərov (42 kq), Zaur Nuriyev (46 kq), Xancavad Məcidzadə (50 kq), Elvin Mustafayev (54 kq), Məmmədəli Həsənov (58 kq), Ramin Cəfərov (63 kq), Ülvi Qənizadə (69 kq), Nəzərşah Fətullayev (76 kq), Uğur Hacılı (85 kq) və Camal Feyziyev (100 kq) təmsil edir.

İlk yarış günündə 50, 54, 58, 73 və 100 kq çəkidə qaliblər müəyyənləşəcək.

50 kq
1/16 final - Xancavad Məcidzadə - Maniş Maniş (İND)

54 kq
1/16 final - Elvin Mustafayev - Adam Katona (SRB)

58 kq
1/16 final - Sanfilipo İqnazio (İTA) - Məmmədəli Həsənov

63 kq
1/16 final - Titas Kersevicius (LTU) - Ramin Cəfərov

100 kq
1/8 final - Camal Feyziyev - Lenard İstvan Berei (ROU)

İlk görüşləri Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Xəbər 779 dəfə oxundu.