Böyükağa Hacıyev: Futbolçuların meydandakı durumu məni qane etdi
“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev “Aktobe” ilə keçirilmiş yoxlama matçından sonra fikrini açıqlayıb. İdman.com.az saytının xəbərinə görə, “ağ-qaralar”ın çalışdırıcısı qarşılaşmadan razı qalıb:

“Matç başlayandan sona kimi oyuna diktə etdik. Əgər əldə etdiyimiz qol imkanlarının yarısından yararlana bilsəydik, hesab 5:1 ola bilərdi. Ağır yükləmələrdən sonra futbolçuların meydandakı durumu məni qane etdi. Bu oyunda da gənc futbolçuları sınadım.

Əgər 1995-ci il təvəllüdlü Kənan Manaflı kimi yeniyetmələrimiz "Dinamo" Drezden, "Aktobe" kimi rəqiblərlə oyunda çempionun heyətində özlərini göstərə bilirlərsə, deməli "Neftçi"nin sabahı möhkəm əllərdə olacaq."

Qeyd edək ki, bayraqdar dünən Qazaxıstan klubu ilə keçirlmiş görüşdə heç-heçə edib (1:1).

Xəbər 1055 dəfə oxundu.