Vyana Open 2015 beynəlxalq şahmat festivalı başa çatdı
Avstryada keçirilən “Vyana Open 2015” beynəlxalq şahmat festivalı başa çatıb. 50 ölkədən 850 şahmatçının ştirak etdiyi yarışda ölkəmizi Eltac Səfərli, Nərgiz Umudova,Tofiq İsrafilov və Afiq İsrafilov təmsil edirdilərlər. Festival A ,B, C və D turnirlərindən ibarət keçirilirdi. Həmçinin festival çərçivəsində Şəhriyar Məmmədyarov və yerli şahmatçı Markus Ragger arasında 6 oyundan ibarət matç keçirilib. Şəhriyar Məmmədyarov 3.5-2.5 hesabı ilə yarışın qalibi oldu.

Festivalın A turnirində mübarizə aparan təmsilçilərimizdən Eltac Səfərli aktivinə 7 xal yazraq 6-18-ci yerləri bölüşdürdü. Nərgiz Umudova isə 9 oyundan 5.5 xal toplayıb. C turnirində iştirak edən həmyerlilərimiz Tofiq İsrafilov 6.5 xal toplayaraq 6-cı,Afiq İsrafilov isə 6 xal toplayaraq 17-ci yerin sahibi olub.

Yarış isveçrə sistemi ilə 9 turdan ibarət keçirilirdi

Xəbər 846 dəfə oxundu.