Boks üzrə milli komandamız təlim-məşq toplanışı üçün Meksikaya yollanıb
Boks üzrə milli komandamız təlim-məşq toplanışı üçün Meksikaya yollanıb. Boksçularımız oktyabrda Qətərdə keçiriləcək dünya çempionatına Şimali Amerikada hazırlıq keçirlər. Rio de Janeyro Olimpiadasına lisenziya xarakterli yarışda komandamız tam heyətlə çıxış edəcək. Meksikadakı təlim-məşq toplanışında baş məşqçi Pedro Roke, məşqçilər Lazaro Ximenes və Nəriman Abdullayevin rəhbərliyi altında 9 bokçumuz hazırlıq keçir. Seçmə komandamızın liderlərindən yalnız Məhəmmədrəsul Məcidov (+91 kq) zədə səbəbindən toplanışa yollanmayıb. Avropa Oyunlarında iştirak etməyən Cavid Çələbiyev (56 kq) bu dəfə heyətə daxil edilib. Bu yaxınlarda Bolqarıstanda keçirilən Avropa çempionatında bürünc medal qazanan Rüfət Hüseynov da Meksikaya yollanıb. Komandamızın sentyabrın 5-ə kimi Meksikada qalması gözlənilir. Xatırladaq ki, boksçularımız Avropa Oyunlarından öncə də bu ölkədə toplanış keçiblər.

49 kq. Rüfət Hüseynov 52 kq. Elvin Məmişzadə 56 kq. Cavid Çələbiyev 60 kq. Albert Səlimov 64 kq. Lorenzo Sotomayor 69 kq. Pərviz Bağırov 75 kq. Xaybulla Musalov 81 kq. Teymur Məmmədov 91 kq. Abdulqadir Abdullayev

Xəbər 757 dəfə oxundu.