"Aktobe"nin baş məşqçisi: Rəqib Azərbaycanın ən köklü və güclü klubudur
"Neftçi" - "Aktobe" oyunundan sonra Qazaxıstan klubunun baş məşqçisi Vladimir Muxanov fikrini flaqmanın rəsmi saytına danışıb. İdman.com.az-ın məlumatına görə, rəqib mütəxəssis Bakı komandasının şəninə tərif deyib:

"Rəqibin Azərbaycanın ən köklü və güclü klubu olduğunu bilirdik. Biz də zəif deyilik. Açığı rəqibin bu dərəcədə güclü olduğunu gözləmirdim. Oyun boyu "Neftçi" daha üstün və texnikalı futbol nümayiş etdirdi. Qapıçımız bir neçə epizodda komandamızı real qoldan xilas etdi. Sevinirəm ki, qol vurub heç-heçəyə nail olduq. Yoxlama matçı olmasına baxmayaraq belə gərgin qarşılaşmanı zədəsiz başa vurmağımız da yaxşı oldu".

Qeyd edək ki, Qazaxıstan klubu dünən keçirilmiş sınaq matçında "Neftçi" ilə bərabərliyə qalıb (1:1).

Xəbər 1014 dəfə oxundu.