Useyn Bolt növbəti dəfə dünya çempionu olub
Yamaykalı atlet Useyn Bolt növbəti dəfə dünya çempionu adına layiq görülüb.

Çinin paytaxtı Pekində keçirilən yüngül atletika üzrə dünya çempionatında 100 metr məsafəyə qaçış yarışlarında yamaykalı idmançı yenə də keçilməz olub. “İldırım” ləqəbli idmançı 100 metr məsafəni 9,79 saniyəyə qət edib. İkinci yerin sahibi ABŞ idmançısı Castin Qatlin (9,80) Useyn Boltdan cəmi 0,01 saniyə geri qalıb. Üçüncü yeri isə 9,92 saniyəlik nəticə ilə kanadalı Andre dö Qras və amerikalı Treyvon Bromel tutublar.

Xəbər 738 dəfə oxundu.