Gənclər arasında dünya çempionatında 40 ölkədən 106 ən yaxşı şahmatçı iştirak edəcək
Sentyabrın 1-dən 16-dək Xantı-Mansiyskdə yaşı 20-yə qədər olan gənc oğlanlar və qızlar arasında şahmat üzrə dünya çempionatları keçiriləcək.

Turnir ənənəvi məkanda – Yuqorsk Şahmat Akademiyasında keçiriləcək.

Dünyanın 40 ölkəsindən 106 ən yaxşı gənc şahmatçının iştirak edəcəyi bu çempionat İsveçrə sistemi üzrə 13 raunddan ibarət olacaq – gündə bir raund. Çempionatların iştirakçıları arasında Azərbaycanın beş nümayəndəsi var (üç oğlan və iki qız). Oğlanların yarışlarında ölkəmizi Nicat Abbasov, Ülvi Bacarani və Misrəddin İsgəndərov təmsil edəcəklər. Qızların çempionatında isə Aytən Əmrayeva və Səbinə İbrahimova qüvvəsini sınayacaqlar.

Xəbər 636 dəfə oxundu.