Topaz Premyer Liqasında üçüncü turunun hakim təyinatları məlum olub | |
Topaz Premyer Liqasında üçüncü turun oyunlarının hakimləri təyin edilib. Avqustun 22-də “Xəzər Lənkəran” mərkəzi stadionunda “Xəzər Lənkəran” – “Rəvan” komandalarının qarşılaşmasını baş hakim Rəhim Həsənov idarə edəcək. Avqustun 23-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək “Neftçi” – “Sumqayıt” görüşünün əsas hakimi Ramil Diniyev olacaq. Qəbələ şəhər stadionunda oynanılacaq “Qəbələ” – “Kəpəz” matçında əsas referi Orxan Məmmədov təyin olunub. “Dalğa Arena”da keçiriləcək “AZAL”- “Qarabağ” oyununda baş hakim funksiyasını Elvin Əsgərov yerinə yetirəcək. Baş hakim Fariz Yusifovun idarə edəcəyi Zirə Olimpiya İdman Kompleksinin stadionunda “Zirə” – “İnter” qarşılaşması avqustun 24-də oynanılacaq. Qeyd edək ki, saat 18:30-da oynanılacaq “Neftçi” – “Sumqayıt” matçından başqa, digər bütün oyunlar 21:00-da başlanacaq. AZƏRTAC |
|
Xəbər 761 dəfə oxundu. |
|
|