Şəhriyar Məmmədyarov Vyanada növbəti dəfə qələbə qazanıb
Vyanada Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ilə Avstriya şahmatçısı Markus Raqqer arasında yoldaşlıq matçı davam edir.

“Vyana open 2015” turnirinin proqramına daxil olan bu matçın üçüncü partiyasında ağ fiqurlarla oynayan Ş.Məmmədyarov qalib gəlib. Beləliklə, üç turdan sonra azərbaycanlı qrossmeyster 2,5: 0,5 hesabı ilə irəlidədir.

Bu iki qrossmeyster arasında avqustun 17-də başlanmış matç ayın 22-dək davam edəcək.

Xəbər 655 dəfə oxundu.