Futbolçumuz “Sivasspor”un qələbə topunu vurdu
Türkiyə Super Liqasında növbəti turun oyunları keçirilir. İdman.com.az saytı xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Cihan Özqaranın çıxış etdiyi “Sivasspor”, bu turda “Bursaspor”un qonağı olub.

Həmyerlimiz ehtiyatda qalıb və 81-ci dəqiqədə Mixael Eneramonun yerinə meydana daxil olub. Matçda isə, hesabı 24-cü dəqiqədə məhz bu futbolçu açıb. Lakin 85-ci dəqiqədə rəqib oyunçu Pablo Batalya penaltidən bərabərliyi təmin edib. 88-ci dəqiqədə hakim “Bursaspor”un qapısına da penalti təyin edib və topa yaxınlaşan Özqara “Sivasspor”a qələbə qazandırıb.
Xatırladaq ki, Cihan ötən turda da qol vurmuşdu.

Xəbər 1328 dəfə oxundu.