"Qəbələ"nin rəqibindən rəsmi transfer
Avropa Liqasının pley-off mərhələsində "Qəbələ"nin rəqibi olan "Panatinaikos" klubu heyətini gücləndirib.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Afina təmsilçisi "Nyukasl"ın yarımmüdafiəçisi Mehdi Abeydi transfer edib.

"Panatinaikos" sabiq futbolçusu ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 2013/2014 mövsümündə "Panatinaikos"da icarə əsasında oynayan Əlcəzair əsilli futbolçu meydana çıxdığı 28 oyunda 7 qol vurub.

Xəbər 733 dəfə oxundu.