Siyəzəndə keçirilən dama çempionatında 40-dək yeniyetmə qüvvəsini sınayıb
Avqustun 21-də Siyəzəndə yeniyetmələr arasında keçirilən dama üzrə rayon çempionatının qalibləri mükafatlandırılıb.

Rayon Gənclər və İdman İdarəsi tərəfindən Siyəzən Gənclər Mərkəzində təşkil olunan yarışda 40-a yaxın yeniyetmə qüvvəsini sınayıb.

Yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, eləcə də dama oyununa marağın artırılması məqsədi daşıyan yarışlar olimpiya sistemi üzrə keçirilib. İki günlük mübarizədən sonra Anar Cəfərov, Şərifulla Xankişiyev və Əlican Rəhimli müvafiq olaraq ilk üç yeri tutublar. Qaliblər rayon Gənclər və İdman idarəsinin fəxri fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırılıb.


Xəbər 755 dəfə oxundu.