"Qarabağ"la oyunda köməksiz idik" – "Yanq Boyz"un kapitanı
İlk hissədə yaxşı oynadıq. Lakin fasilədən sonra komandaya nə olduğunu bilmirəm. Sanki köməksiz idik".

Bu sözləri "Yanq Boyz"un kapitanı Stiv von Bergen Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a uduzduqları oyundan (0:1) sonra deyib.

32 yaşlı futbolçu komandasının ilk oyunda qol vura bilmədiyi üçün cavab matçında onlara çətin olacağını bildirib: "Öz meydanımızda qol vura bilmədik. Buna görə də səfərdə bizə çətin olacaq. Lakin toparlanmalı və daha çox çalışmalıyıq. Mərhələ adlamaq istəyiriksə, sonadək mübarizə aparmalıyıq".

Qeyd edək ki, "Qarabağ" və "Yanq Boyz" arasında cavab matçı avqustun 27-də Bakıda keçiriləcək.

Xəbər 699 dəfə oxundu.