Yığmamız ilk oyunda qələbə qazanıb
19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Latviyanın paytaxtı Riqa şəhərində təşkil olunmuş “Baltic Cup” turnirində ilk oyununu keçirib. Litvanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız qələbə qazanıb – 1:0. Qolu Yaiza Relea vurub.

Yığmamız növbəti oyununu avqustun 22-də Latviya komandasına qarşı keçirəcək.

Xəbər 653 dəfə oxundu.