«Bakı Alovları» rəqibini darmadağın etdi, pley-offa vəsiqə qazandı
Ümumdünya Boks Seriyasının (WSB) 7-ci turunun matçında Azərbaycanın «Baku Fires» və Türkiyənin «Istanbul Bosphorus» komandaları qarşılaşıblar. İdman.com.az saytı xəbər verir ki, “Sərhədçi” Olimpiya-İdman Mərkəzində təşkil edilmiş görüşdə meydan sahibləri rəqibini 5:0 hesabı ilə qalib gəlib, pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib.

Komandamızın yer aldığı «B» qrupunda «Paris United» (Fransa) «Mexico City Guerreros» (Meksika) klubuna 2:3 hesabı ilə uduzub. Digər matçda «Leipzig Leopards» (Almaniya) «Beijing Dragons»u (Çin) qonaq edəcək.

Döyüşlərin nəticələri: «Baku Fires» - «Istanbul Bosphorus»

54 kq. Məhəmməd Əbdülhəmidov (Azərbaycan) – Aydın Sağal (Türkiyə) – 50:45, 50:44, 50:44
61 kq. Mədadi Naqzibəyov (Tacikistan) – Bunyamin Aydın (Türkiyə) - 50:45, 50:45, 49:46.
73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Ərol Ozqal (Türkiyə) – texniki nokautla Mürsəlov 3-cü raundda qalib gəlib
85 kq. Əzəmət Murtuzəliyev (Azərbaycan) – Canər Sayaq (Türkiyə) - texniki nokautla Murtuzəliyev 5-ci raundda qalib gəlib
+91 kq. Əbdülqədir Abdullayev (Azərbaycan) – Aleksey Sivko (Ukrayna) - texniki nokautla Abdullayev 4-cü raundda qalib gəlib

Turnir cədvəli:
1. «Baku Fires» – 21 xal, döyüşlərin fərqi - 30-5 (7 matç)
2. «Mexico City Guerreros» – 13, 19-15 (7)
3. «Leipzig Leopards» – 10, 15-15 (6)
4. «Paris United» – 8, 11-18 (6)
5. «Istanbul Bosphorus» – 8, 14-21 (7)
6. «Beijing Dragons» – 3, 5-20 (5)

Xəbər 1222 dəfə oxundu.