Bosniya və Hersoqovinada yeniyetmə güləşçilərin dünya çempionatı başlayır
Avqustun 25-dən 30-dək Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmə güləşçilərin dünya çempionatı keçiriləcək.

Yunan-Roma güləşi üzrə yığma komandamız böyük məşqçi Bəhram Mürvətov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında çempionatın ilk iki günündə mübarizə aparacaq. Heyətdə Fail İsgəndərov (42 kq), Zaur Nuriyev (46 kq), Xancavad Məcidzadə (50 kq), Elvin Mustafayev (54 kq), Məmmədəli Həsənov (58 kq), Ramin Cəfərov (63 kq), Ülvi Qənizadə (69 kq), Nəzərşah Fətullayev (76 kq), Uğur Hacılı (85 kq) və Camal Feyziyev (100 kq) yer alıblar.

Avqustun 27-28-də isə yeniyetmə qızlar mübarizəyə qoşulacaq. Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi ilə Zelfira Ələkbərli (38 kq), Ülkər Babayeva (43 kq), Səbinə Həmzəzadə (49 kq), Leyla Qurbanova (52 kq) və Şəbnəm Əhmədova (56 kq) çempionata yollanacaqlar.

Çempionatın son günlərində sərbəst güləşçilər yarışacaqlar. Böyük məşqçi Nazim Əlicanovun və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında yarışda Şahin Muxtarov (42 kq), Əsgər Məmmədəliyev (46 kq), İslam Bazarqanov (50 kq), Fərrux Əliyev (54 kq), Fazil Həsənov (58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq), Əhliman Quliyev (76 kq), Rahid Həmidli (85 kq) və Alimaqomed Alixmayev (100 kq) güclərini sınayacaqlar.

Görüşlərin idarə olunmasında beynəlxalq dərəcəli hakim Natiq Hacıyev də iştirak edəcək.

Xəbər 745 dəfə oxundu.