Ramin Musayev: "Səfər oyunundan 1:1 hesablı nəticə gözləyirəm"
"Qəbələ" yaxşı oyun nümayiş etdirdi. Düşünürəm ki, bu heç-heçəni qələbə kimi qəbul etmək olar".

Bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Qəbələ"nin Avropa Liqasının "pley-off" mərhələsində "Panatinaikos"la qolsuz bərabərə qaldığı matçdan sonra deyib.

O, "Qəbələ"nin səfər oyunu ilə bağlı proqnoz da verib:

"Səfər oyunundan 1:1 hesablı nəticə gözləyirəm".

"Qəbələ"nin yerli çempionatdakı çıxışı ilə bağlı da proqnoz verən PFL prezidenti Premyer Liqanın "Qəbələ" üçün ağır olacağını diqqətə çatdırıb:

"Çünki hazırda komandalarda yerli gənc futbolçular üstünlük təşkil edir və onlar öz bacarıqlarını göstərəcəklər. Vaxtilə AFFA prezidenti Rövnəq Abdullayev təklif edəndə ki, gəlin futbolu gəncləşdirək, cavanlaşdıraq, bəzi klublar bu fikirlərə inanmırdılar. Lakin indi bu fikirlər öz təsdiqini tapmaqdadır ki, bu, doğurdan da lazım idi".

Xəbər 700 dəfə oxundu.