“Aktobe” məğlubiyyətdən qaçdı
Bu gün “Neftçi” Antalyadakı təlim-məşq toplanışında 2-ci yoldaşlıq görüşünə çıxıb. İdman.com.az saytının məlumatına görə, son və qış çempionumuz Qazaxıstanın ən titullu klublarından olan “Aktobe” ilə gücünü yoxlayıb.

Axırıncı 2 mövsümə qədər ölkəsində çempionluğu sıralayan və Superliqanı ötən mövsüm 4-cü yerdə bitirən “Aktobe” ilə matç “Mərdan” stadionunun ehtiyat meydançasında baş tutub. “Ağ-qaralar” 26-cı dəqiqədə Rəşad Abdullayevin sayəsində hesabı açsalar da, bu üstünlüyünü sonadək qoruya bilməyiblər. Rəqib 73-cü dəqiqədə məğlubiyyətdən qurtulub.

Xəbər 907 dəfə oxundu.