Qurban Qurbanov: "Cavab oyunu daha çətin olacaq"
"Cavab qarşılaşması bu oyundan da çətin olacaq. Rəqib bizə çox çətin anlar yaşatdı".

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində səfərdə "Yanq Boyz"a 1:0 qalib gəldikləri oyundan sonra deyib.

Q.Qurbanov cavab matçının daha fərqli keçəcəyini bildirib: "Yanq Boyz"un oyun üslubu bizə çox yad və çətin bir üslubdur. Bakıda daha fərqli oyun olacaq. Rəqib daha çox hücum etməli olacaq. "Yanq Boyz"un heyətində oyunun nəticəsini dəyişməyə qadir futbolçular var".

Qeyd edək ki, "Qarabağ" və "Yanq Boyz" arasında cavab matçı avqustun 27-də, Bakıda keçiriləcək.

Xəbər 619 dəfə oxundu.