“Ağ-göylər” Bakıya qayıtdı
“Bakı” birinci təlim-məşq toplanışını başa vurub. İdman.com.az saytı xəbər verir ki, Antalyada təşkil olunan ilk toplanışı yekunlaşdıran “ağ-göylər”, dünən axşam saatlarında paytaxta dönüb.

Futbolçular və personala 2 günlük istirahət verilib. Bazar ertəsi bir araya gələcək “Bakı” həmin gün yenidən Türkiyəyə yollanacaq.
Hazırlıqların növbəti hissəsi yenə də Antalyada baş tutacaq. 23 yanvar – 5 fevral tarixləri arasında Türkiyədə olacaq “Bakı” 3 yoldaşlıq görüşü keçirəcək. Artıq rəqiblər və oyun günləri dəqiqləşib. Yanvar ayının 26-da rəqib Rumınıyanın “Panduri” klubu olacaq. Fevralın 1-də Minsk “Dinamo”sunu (Belarus) sınağa çəkəcək “Bakı” üç gün sonra Slovakiyanın “Koşitse” klubu ilə qarşılaşacaq.

“Bakı” ilə təlim-məşq toplanışında 2 yoxlama oyunu keçirib. Niderlandın “AZ Alkmaar” klubuna uduzan paytaxt təmsilçisi (1:5), eyni aqibətlə Almaniya 1-ci dəstə komandası “İnqloştadt” ilə matçda üzləşib (0:4).

Xəbər 1207 dəfə oxundu.