Prosineçki gözlənilməz qərar verib
Milli komandamızın baş məşqçisi Robert Prosineçki gözlənilməz qərar verib. Xorvat mütəхəssis ilk dəfə Nurlan Novruzovu milliyə çağırılıb.

Prosineçki ötən mövsüm bombardir olan gənc hücumçunu milliyə dəvət etmirdi. Hər dəfə jurnalistlərin bununla bağlı suallarına "Nurlan Novruzov mənim oyun üslubuma uyğun oyunçu deyil" cavabını verən хorvat mütəхəssis inadkarlıqla ondan imtina edirdi. İndi isə Novruzov Xorvatiya və Malta ilə oyunların heyətində yer alıb.

Xəbər 711 dəfə oxundu.