"Çelsi" "Barselona"nın futbolçusu keçidini rəsmiləşdirib
"Çelsi" "Barselona"nın futbolçusu Pedro Rodriqesin keçidini rəsmiləşdirib.

London təmsilçisi ispaniyalı futbolçu ilə rəsmi müqavilə imzalayıb.

Bu transfer "Çelsi"yə 30 milyon avroya başa gəlib. İngiltərə klubuna keçidi ilə bağlı danışan Pedro deyib:

"Çox xoşbəxtəm. Yeni bir macəraya başlayıram. Buraya kuboklar qazanmaq üçün gəldim. Mənə bu imkanı yaradan və dəstək olan hər kəsə təşəkkür edirəm".

Xəbər 725 dəfə oxundu.