Məhəmməd Qurbanov "Sumqayıt"a qayıda bilər
Bu yay "Sumqayıt"dan "Neftçi"yə keçən Məhəmməd Qurbanov heç cürə özünü doğrulda bilmir. Avrkuboklarda komandaya yetərincə kömək edə bilmədi. Halbuki "Neftçi"yə bombardir kimi gəlmişdi. "Kəpəz"lə oyunda 66-cı dəqiqədə meydançaya çıxsa da heç nə ilə yadda qalmadı. "İnter"lə oyunda isə baş məşqi Samir Əliyev dağıstanlı futbolçuya, ümumiyyətlə, şans vermədi. Bu gedişlə futbolçu komandadan göndərilə bilər. Əgər rəhbərlik Braziliyada normal hücumçu tapsa "Maqa" yəqin ki, ehtiyat oyunçular skamyasının adimi sakininə çevriləcək. Qışda isə onun hansısa kluba icarəyə veriləcəyi gözlənilir. Həmin klub isə böyük ehtimalla "Sumqayıt" olacaq. Deyilənə görə, hücum xəttində problem yaşayan sumqayıtlılar da sabiq futbolçularınə geri qaytarmaqda maraqlıdılar.

Xəbər 846 dəfə oxundu.