"Rəvan"a braziliyalı gəlir
"Qarabağ"la oyundan sonra keçirilən mətbuat konfransında "Rəvan"ın baş məşqçisi Emin Quliyev yeni transferlərin olacağını demişdi.

Həmin transferlərdən biri həftəsonuna kimi Bakıda olacaq. Hələlik adı gizli saxlanılır. Ancaq əldə etdiyimiz məlumata görə, Braziliyadan gələcək həmin futbolçunun amluası mərkəz hücumçusudur. 180 sm boyu olan həmin hücumçu Braziliyanın ən köklü klublarından olan "San Paulo"nun yetirməsidir. "Rəvan" bu futbolçunu baxışa yox, birbaşa müqaviləyə çağırır.

Xəbər 692 dəfə oxundu.