“Simurq” Vyaçeslav Sofronini transfer etdi
“Simurq” Azərbaycan kubokunun qalibi Vyaçeslav Sofronini transfer edir. İdman.com.az saytı xəbər verir ki, bu haqda apasport.az-aa klubun icraçı-direktoru Vaqif Əliyev məlumat verib. O, təcrübəli moldovalı hücumçunun hazırda Antalyada təlim-məşq toplanışlarında iştirak etdiyini bildirib.

Mütəxəssis, Sofronini Bakı vaxtilə saat 17:00-da başlayan Qazaxıstanın “Kaysar” klubu ilə yoxlama matçında start heyətində meydana çıxdığını bildirib: “Sofroninin variantı hələ ötən yayda var idi. Ancaq onda razılığa gələ bilmədiyimizdən, keçid alınmadı. Bundan sonra futbolçu vətəninə qayıdıb, yarım ili orada oynadı. Vyaçeslav qış fasiləsində bizə öz xidmətini təklif etdi.

Maraq dairəmizə düşən futbolçu olduğundan, dəvət etdik. Onunla məsələ böyük ölçüdə həll olunub. Ancaq Sofroni ilə müqaviləni Bakıya qayıtdıqdan sonra imzalayacağıq. Yəqin ki, anlaşmanın müddəti 1 ildən sonra olacaq. Baxışa çağırdığımız legionerlər – rusiyalı və ukraynalı futbolçular isə hələ gəlib çıxmayıblar”.

Qeyd edək ki, 2010-cu ilin qışında ölkəmizə gələn Vyaçeslav il yarım “Bakı”da oynayıb. O, Azərbaycan kuboku ilə yanaşı, Unibank Premyer Liqamızın gümüş medalını qazanıb. Sofroni ötən mövsüm “Simurq”la Zaqatalada 1:1 hesabı ilə nəticələnən çempionat oyununda sonradan meydana çıxaraq, vurduğu qolla “Bakı”nı məğlubiyyətdən xilas etmişdi.

Xəbər 1019 dəfə oxundu.