Vaqif Sadıqov Yunanıstana gedəcək
"Qarabağ" və "Qəbələ"nin Avroliqanın pley-off mərhələsinin səfər oyunlarını millimizin məşqçilər korpusu və Məşqçilər Komitəsinin üzvləri də izləyəcək.

Artıq millimizin məşqçisi Elxan Abdullayev sabah keçiriləcək "Yanq Boyz" (İsveçrə) - "Qarabağ" oyunu üçün Berndədir. Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun isə son anda İsveçrənin paytaxtına səfəri baş tutmayıb.

Avqustun 27-də keçiriləcək "Panatinaikos" (Yunanıstan) - "Qəbələ" oyunu üçün millinin məşqçilər korpusundan kimin Afinaya gedəcəyi hələ bilinmir. Ancaq Məşqçilər Komitəsindən bu qurumun sədri, eyni zamanda AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqovun Yunanıstanın paytaxtına yollanacağı artıq dəqiqdir. Bunu Sadıqovun özü saytımıza açıqlayıb.

Xəbər 793 dəfə oxundu.