"Qəbələ" Topaz Premyer Liqasının III turunda "Kəpəz"i qəbul edəcək
"Qəbələ" Topaz Premyer Liqasının III turunda "Kəpəz"i qəbul edəcək. Bu komandalar arasında çempionatdakı 9-cu oyun olacaq.

İndiyədək baş tutan oyunlarda komandalar hərəyə 2 qələbə qazanıb, 4 matç "sülh"lə başa çatıb. "Qəbələ"nin 7 qoluna "Kəpəz" 5 dəfə cavab verə bilib.

Bu komandaların oyunlarında qonaq tərəf heç vaxt qalib gəlməyib. Son 4 qarşılaşmada isə meydan sahibi olan komanda qalib gəlib.

23 avqust
Qəbələ - Kəpəz 8 oyun, +2=4-2, top fərqi 7:5

Xəbər 670 dəfə oxundu.