Paytaxtın ən güclü samboçuları müəyyənləşdi
Hövsan Olimpiya-İdman Kompleksində sambo üzrə Bakı şəhər birinciliyi keçirilib. İdman.com.az saytı xəbər verir ki, yarışda 10 çəki dərəcəsində 16 cəmiyyət və idman klubunundan 240 idmançı iştirak edib.

Gərgin və maraqlı mübarizədə Rəşad Muradov (“Neftçi” İSM, 48 kq), Elşən Dünyamalıyev (“Neftçi” İSM, 52 kq), Cavidan Ümidov (“Neftçi” İSM, 56 kq), Samir İsmayılov (“Neftçi” İSM, 60 kq), Xəyal Mirzəzadə (“Neftçi” İSM, 66 kq), Orxan Qarayev (“Pəhləvan” İK, 70 kq), Mixail Ananyev (“Neftçi” İSM, 75 kq), Rəşad Əliyev (11 saylı UGİM, 81 kq), Nizaməddin Orucov (“Neftçi” İSM, 87 kq) və Əmiraslan Əhmədov (Kano Kan TT, +87 kq) qalib adını qazanıblar.

Fəxri kürsüyə çıxmış samboçular Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 2011 dəfə oxundu.