AZAL Topaz Premyer Liqasının III turunda "Qarabağ"ı qəbul edəcək
AZAL Topaz Premyer Liqasının III turunda "Qarabağ"ı qəbul edəcək. Bu, bu komandalar arasında çempionatdakı 27-ci oyun olacaq.

İndiyədək baş tutan 26 oyunda "Qarabağ"ın böyük üstünlüyü var. Ağdam təmsilçisi 15 qələbə qazanıbsa, bakılılar cəmi 5 dəfə meydanı 3 хalla tərk edib. "Qarabağ"ın 34 qoluna AZAL 24 dəfə cavab verib.

“Qarabağ” son 6 oyunda qalib gəlib. Ardıcıl 7 matçda qol vuran ağdamlılar bu görüşlərdə uduzmayıb. AZAL son 7 ev qarşılaşmasında qol buraxıb.

23 avqust
AZAL - Qarabağ 26 oyun, +5=6-15, top fərqi 24:34

Xəbər 767 dəfə oxundu.