"Qarabağ" və "Qəbələ"nin matçları canlı yayımlanacaq
Bu gün Avropa Liqasında "pley-off" mərhələsinin ilk oyunları keçiriləcək.

Turnirdə mübarizəni davam etdirən iki klubumuz - "Qarabağ" və "Qəbələ"nin matçları canlı yayımlanacaq.

"Qəbələ" - "Panatinaikos" və "Yanq Boyz" - "Qarabağ" görüşləri "İdman Azərbaycan" telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.


20 avqust

21:00. "Qəbələ" - "Panatinaikos" - "İdman Azərbaycan"

23:00. "Yanq Boyz" - "Qarabağ" - "İdman Azərbaycan"

Xəbər 781 dəfə oxundu.