UEFA Çempionlar Liqasının pley-off mərhələsinin növbəti oyunları keçirilib
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin növbəti oyunları keçirilib.

İkinci oyun günündə daha 5 qarşılaşma baş tutub.

Albaniya “Skenderbeu” kollektivi öz meydanında Xorvatiyanın “Dinamo” klubuna 1:2 hesabı ilə məğlub olub.

Şotlandiyanın “Seltik” kollektivi isə İsveçin “Malmö” klubu ilə mübarizədən 3:2 hesablı qələbə ilə ayrılıb.

Ukraynanın “Şaxtyor” klubu Avstriyada meydan sahibləri “Rapid”ə minimal hesabla (0:1) qalib gəlib.

Pley-off mərhələsinin daha bir maraqlı oyununda isə İsveçrənin “Bazel” klubu İsrailin “Makkabi” kollektivi ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb

Günün mərkəzi qarşılaşması isə İspaniyada baş tutub. Meydan sahibi “Valensiya” Fransanın "Monako" klubu ilə qarşılaşıb. Görüş ispanların 3:1 hesablı ilə qələbəsi ilə başa çatıb.

Xəbər 686 dəfə oxundu.