Türkiyə əsilli isveçrəli futbolçu İngiltərə klubuna transfer olub
İtaliyanın “Napoli” komandasının yarımmüdafiəçisi Gökhan İnlər karyerasını İngiltərənin “Lester” klubunda davam etdirəcək.

İsveçrə milli komandasının Türkiyə əsilli 31 yaşlı futbolçusu ilə müqavilənin müddəti üç illikdir. Bu transfer Klaudio Ranyerinin baş məşqçisi olduğu Premyer Liqa təmsilçisinə 7,6 milyon avroya başa gəlib.

Qeyd edək ki, İsveçrənin “Bazel”, “Aarou”, “Zürix”, həmçinin İtaliyanın “Udineze” komandalarında oynamış futbolçunu Türkiyənin “Beşiktaş” klubu da heyətinə cəlb etmək istəyirdi.

Karyerası ərzində İtaliya kubokunun sahibi olan futbolçu İsveçrə çempionluğu da yaşayıb.

Xəbər 716 dəfə oxundu.