“Qarabağ”ın pley-off sınağı | |
Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” da turnirdə növbəti oyununa çıxacaq. Qurban Qurbanovun komandası İsveçrənin “Yanq Boyz” klubu ilə üz-üzə gələcək. Ötən mövsüm qrup mərhələsinə vəsiqə qazanan təmsilçimiz bu dəfə də ən azı həmin uğurunu təkrarlamağa çalışacaq. Bunun üçün səfərdə keçirilən ilk oyunda sərfəli nəticə qazanmaq lazmdır. Çempionlar Liqasının III təsnifat mərhələsində “Seltik”ə uduzaraq mübarizəni dayandıran komandamız ötənilki senarini təkrarlaya bilər. 20 avqust Avropa Liqası, pley-off mərhələsinin ilk oyunlar 23:00. “Yanq Boyz” (İsveçrə) - “Qarabağ” (Azərbaycan) Hakimlər: Vladislav Bezborodov, Nikolay Qolubev, Maksim Qavrilin (Rusiya) Bern. “Stad de Suiss” |
|
Xəbər 780 dəfə oxundu. |
|
|