Ferrari Raykonenlə müqaviləni artırdı
Ferrari komandasının rəhbərliyi Kimi Raykonenlə müqaviləni daha bir illiyinə artırmağə qərara alıb. Tərəflər fin pilotun müqaviləsindəki bənddən yararlanıblar. Məlumatı Reuters agentliyi yayıb.

«Ferrari skuderiyası Kimi Raykonenlə müqavilənin artırıldığını bəyan edir. Növbəti mövsümdə Ferrarinin heyəti Raykonen və Fetteldən ibarət olacaq», – deyə Ferrarinin bəyanatında deyilir.

Xatırladaq ki, bir müddət əvvəl Ferrari ilə Valtteri Bottas , Niko Hülkenberq və Daniel Rikkardonun adları yanaşı hallanırdı. Bundan başqa yayılan xəbərə görə Raykonenlə 1 illik müqavilədən sonra Maks Ferstappen Ferrarinin pilotu olacaq.

Xəbər 774 dəfə oxundu.