Topaz Premyer Liqasının üçüncü turunun oyun cədvəli müəyyənləşib
Topaz Premyer Liqasının 2015/2016-cı il mövsümünün üçüncü turunun oyun cədvəli müəyyənləşib. Turun qarşılaşmaları üç gün ərzində təşkil ediləcək.

Avqustun 22-də Lənkəran mərkəzi stadionunda “Xəzər Lənkəran” – “Rəvan” görüşü keçiriləcək. Avqustun 23-də üç oyun oynanılacaq. “Bakcell Arena”da “Neftçi” komandası “Sumqayıt”ı, Qəbələ şəhər stadionunda “Qəbələ” kollektivi “Kəpəz”i, “Dalğa Arena”da isə AZAL “Qarabağ”ı qəbul edəcək. Avqustun 24-də - turun Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq sonuncu görüşündə isə “Zirə” və “İnter” komandaları üz-üzə gələcək.

Bütün oyunlar saat 21:00-da başlanacaq.

Xəbər 733 dəfə oxundu.