Vyana Open 2015 beynəlxalq şahmat festivalı/YENİLƏNİR
Avstryada “Vyana Open 2015” beynəlxalq şahmat festivalı keçirilir. 50 ölkədən 850 şahmatçının ştirak etdiyi yarışda ölkəmizi Eltac Səfərli, Nərgiz Umudova təmsil edirlər. Festival A ,B, C və D turnirlərindən barət keçirilir. Həmçinin festival çərçivəsində Şəhriyar Məmmədyarov və yerli şahmatçı Markus Ragger arasında 6 oyundan ibarət matç keçirilir. Birinci partiyada ağ fiqurlarla oynayan Şəhriyar Məmmədyarov 26-cı gedişdə rəqibini məğlub edib. 2-ci partiya isə heç-heçə ilə nəticələnib. Beləliklə, 2 turdan sonra Ş. Məmmədyarov 1.5-0.5 hesabı ilə öndədir. Qrossmeysterlər arasında matç avqustun 22-dək davam edəcək.

Festivalın A turnirində mübarizə aparan təmsilçilərimizdən Eltac Səfərli 4-cü turda İngiltərə təmsilçisi Kosima Keen üzərində qələbə qazanıb. Nərgiz Umudova isə Almaniya şahmatçısı Manfred Herboldla sülh bağlayıb . 4 turdan sonra Nərgiz Umudova aktivinə 2.5 xal, Eltac Səfərli isə 2 xal yazıb.

Turnir isveçrə sistemi ilə 9 turdan ibarət keçirilir.

Xəbər 711 dəfə oxundu.